Modern.az

Misir Mərdanov: “Yox, yox xahiş edirəm, məni bu işə qatmayın!”

Misir Mərdanov: “Yox, yox xahiş edirəm, məni bu işə qatmayın!”

15 Sentyabr 2015, 10:59

Sabiq təhsil naziri Misir Mərdanovun noyabr ayında keçiriləcək parlament seçkilərinə qatılacağı xəbəri yayılıb. YAP-ın namizədi olaraq seçkilərə qatılacağı deyilən sabiq nazirlə ilkin razılığın əldə olunduğu da vurğulanıb.

Hətta, sabiq nazirə 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmək də təklif olunub.

Lakin keçmiş təhsil naziri Misir Mərdanov Modern.az saytının əməkdaşı ilə söhbət zamanı yazılanların tam əksini deyib.

“Misir müəllim, bu il keçiriləcək parlament seçkilərində iştirak etmək üçün namizədliyinizi vermək fikriniz varmı” sualına eks-nazirin  reaksiyası belə oldu.

“Yox, yox xahiş edirəm, bu cür məsələlərlə bağlı mənə müraciət etməyin. Parlament seçkiləri barədə heç nə deyə bilmərəm. Məni bu işə qatmayın!”.

YAP-ın seçki siyahısına adı salındığı deyilən Misir Mərdanovun namizədliyini irəli sürəcəyi 16 saylı dairədən hazırkı deputat Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovdur.

Qeyd edək ki, xəbəri strateq.az saytı yayıb.

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi