“Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. O, Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyim xidmətlərimə görə prezidentin fərdi təqaüdünün verilməsi ilə bağlı sərəncam imzalayıb. Düzü, bunu heç gözləmirdim. Bu təqaüd mədəniyyətin inkişafına qayğı və hörmətin böyük bir göstəricisidir”.
Bunu Modern.az saytına açıqlamasında dünən ölkə başçısının sərəncamı ilə prezidentin fərdi təqaüdünə layiq görülən xalq artisti, bəstəkar Faiq Şücəddinov bildirib.
Bəstəkar öz təəssüratlarını bu cür ifadə edib:
“Cənab prezident və onun xanımının Azərbaycan mədəniyyətinin inkişaf etməsində rolu əvəzsizdir. Mehriban xanım Azərbaycan mədəniyyətini çox yüksək səviyyəyə qaldırıb, onun xaricdə yüksək səviyyədə təbliğinə çalışır. Azərbaycanın səsi bu gün Avropadan, Amerikadan və başqa ölkələrdən gəlir”.
Vüsalə Qəzənfərqızı