Ağ Ev ABŞ prezidenti Barak Obamanın rusiyalı həmkarı Vladimir Putinlə təkbətək görüşünü istisna etməyib.
Modern.az xarici KİV-ə isitndla xəbər verir ki, Ağ Evin mətbuat xidmətinin rəhbəri Coş Ernst Suriya məsələsi ilə bağlı müzakirələr üçün Obamanın Putinlə görüşə biləcəyini deyib:
“Rusiyanın Suriyada qanuni maraqları və böyük investisiyaları var. Məhz buna görə biz Rusiyaya çağırış etdik ki, İraq Şam İslam Dövlətinə (İŞİD) qarşı yaradılan beynəlxalq koalisiya ilə əməkdaşlıq etsin. Fikir ayrılıqlarına baxmayaraq, prezident Obama və Putin indi bir-birini ittiham etmədən görüşə bilmək mərhələsinə çatıblar”.
Buna qədər Amerika mətbuatı Rusiyanın Suriyaya tanklar və hərbi təyyarələr yerləşdirdiyini, bölgədə hərbi baza yaratdığını yazmışdı.
Vüqar İsmayılov