Modern.az

Övladları birinci sinfə gedən bu jurnalistlər SEVİNDİLƏR - FOTOLAR

Övladları birinci sinfə gedən bu jurnalistlər SEVİNDİLƏR - FOTOLAR

Media

15 Sentyabr 2015, 12:39

15 sentyabr Bilik günündə hamıdan çox sevinən bu il ilk dəfə məktəbə qədəm qoyan birincilər və onların valideynləridir. Dərs ilinin başlanmasını səbirsizliklə gözləyən 150 mindən çox birinci sinif şagirdi bu gün artıq parta arxasına keçib. 

15 sentyabr tarixində bir sıra jurnalistlərin övladları da birinci sinifə qədəm qoyub. Modern.az saytı əmin jurnalistlərin kimliyini dəqiqləşdirib.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı İlhamə İsabalayevanın oğlu, “Yeni Musavat” qəzetinin əməkdaşları Zamin Hacı və Sevinc Telmanqızının oğlu, “Modern.az” saytının əməkdaşı Fərəh Sabirqızı ilə “Kaspi” qəzetinin redaktoru Məğrur Əliyevin oğlu bu il birinci sinfə qədəm qoyan uşaqlar sırasındadır.

Bunlardan başqa, qhtxəbər.az saytının baş redaktoru Sənan Nəcəfovun qızı, “Qafqazinfo.az” saytının baş redaktoru Elnur Məmmədli və əməkdaşı Nigar Məmmədlinin qızı, Region TV-nin redaktoru Səfurə Çərkəzqızının qızı, “Yeni Musavat” qəzetinin əməkdaşı Elşad Paşasoyun oğlu bu il birinci sinifə gedir.

Bu siyahı hələ son deyil. Övladları bu ilk dəfə birinci sinifə gedən digər həmkarlarımız da var. Bunlar  “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Təşkilatının mətbuat xidmətinin rəhbəri Orxan Əlinin oğlu, APA TV-nin əməkdaşı Jalə Mütəllimovanın iki qızı , “Lider” televiziyasının əməkdaşı Sevil Zeynalqızının qızı, “İctimai” Televiziyanın əməkdaşı Sahil Kərimlinin oğlu, APA TV-nin baş rejissoru Elnar Şıxməmmədovun həm qızı, həm oğlu, APA TV-nin əməkdaşı Vüsal İsayevin isə qızı, “Aztelekom” İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı Elmar Hüseynovun qızıdır.

Jurnalist Pərviz Rəhimoğlunu oğlu, Mətbuat Şurasının əməkdaşı Əvəz Rüstəmovun oğlu, jurnalist Aytən Fərhadovanın oğlu, APA-nın redaktoru Şahin Cəfərlinin qızı, "Yeni Azərbaycan" qəzetinin əməkdaşı Pərviz Sadayoğlunun qızı da builki birincilər sırasına daxildir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi, həmkarımız Elman Babayevlə Modern.az-ın köşə yazarı Vəfa Allahverdiyeva da bu gün sevinən valideynlər sırasındadır, onların da qızı bu il birinci sinfə qədəm qoyub.

Modern.az bütün jurnalist həmkarlarını övladlarının birinci sinifə getməsi münasibəti ilə təbrik edir.
































Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi