“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının katibliyin nümayəndəsi Cənubi Koreyanın paytaxtı Seul şəhərində İttifaqın həmin ölkədən olan üzv təşkilatının nümayəndəsi Han Sol Kangın təşkilatçılığı ilə gənclərlə görüş keçirib. Modern.az xəbər verir ki, görüşün məqsədi İttifaqa üzv təşkilatlarla əlaqələrin gücləndirilməsi, koreyalı gənclər arasında Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqı haqqında məlumatlılığın artırılması, gənclərin yeni təşəbbüslərə cəlb olunmasıdır.
Görüş zamanı “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının fəaliyyətini əks etdirən təqdimat nümayiş olunub və gənclər tərəfindən böyük maraqla qarşılanıb. Gələcəkdə də birgə fəaliyyətin davam etdirilməsi istiqamətində müzakirələr aparılıb.
Modern.az