Bu gün Bakının bir çox məktəblərində Bilik Günü təntənəli surətdə qeyd edilib. Respublika İncəsənət Gimnaziyasında isə şagirdlər üçün ilk məktəb gününü daha unudulmaz etmək məqsədilə xüsusi tədbir hazırlanmışdı. Belə ki, birinciləri təbrik üçün Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi orkestri məktəbə təşrif buyurmuşdu.
Modern.az-n məlumatına görə, Respublika İncəsənət Gimnaziyasında Bilik Günü Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi orkestrinin ifasında himnin səslənməsi ilə açıq elan olundu. Daha sonra məktəbin direktoru Zəhra Aqui çıxış edərək məktəbə yenicə qədəm qoyan uşaqlara təbriklərini çatdırdı, onlara müstəqil həyata ilk addımlarında uğurlar arzuladı.Tədbir elə birincilərin öz iştirakı ilə hazırlanmış musiqi nömrələri. maraqlı səhnəciklərlə davam etdirdilri. Mərasimin sonunda Biliklər aləminin simvolik açarı birinci sinif uşaqlarına təqdim olundu.
Qeyd edək ki, Respublika İncəsənət Gimnaziyası Azərbaycan Milli Konservatoriyasının nəzdində fəlaiyyət göstərir. Burada uşaqlar elə ilk ildən müxtəlif istiqamətlərdə - musiqi, təsviri və tətbiqi sənət, teatr və kino, xoreoqrafiya üzrə təhsil alırlar.
F.Əliyeva