Modern.az

Yeni diaspor təşkilatı fəaliyyətə başlayıb

Yeni diaspor təşkilatı fəaliyyətə başlayıb

15 Sentyabr 2015, 15:08

Benilüks Azərbaycanlılar Konqresinin tərkibində yeni təşkilatın fəaliyyətinə start verilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, Cənubi Qafqaz üzrə Avropa Demokratiya və İnsan Haqları Fondu adı altında fəaliyyət göstərəcək yeni qurumun mənzil qərargahı Niderland Krallığının Haaqa şəhərindədir. Qurumda tanınmış siyasətçilərin, ictimai xadimlərin və cəmiyyətdə fəal olan insanların birləşdirilməsi nəzərdə tutulur.

Cənubi Qafqaz üzrə Avropa Demokratiya və İnsan Haqları Fondunun müxtəlif  ölkələrdə keçirilən seçkilərdə Beynəlxalq müşahidəçi qismində iştirakı, Avropadakı insan haqları institutları ilə geniş əməkdaşlığının qurulması, birgə layihələrin həyata keçirilməsi planlaşdırılır.

Benilüks Azərbaycanlıları Konqresi 2006-cı ildə Amsterdam şəhərində yaradılıb. Təşkilat Belçika, Niderland və Lüksemburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarını özündə birləşdirir. Konqresin sədri Sahil Qasımovdur.

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza