Modern.az

12 yaşlı uşağa ailəsi məktəb forması ala bilmədi, intihar etdi

12 yaşlı uşağa ailəsi məktəb forması ala bilmədi, intihar etdi

Təhsil

15 Sentyabr 2015, 15:13

Dünən İsmayıllı rayonunda intihar hadisəsi baş verib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 12 yaşlı məktəbli yeni dərs gününə bir gün qalmış özünü asaraq intihar edib.

İsmayılı Rayon Polis şöbəsinin verdiyi məlumata görə, intihar edən 2003-cü il təvəllüdlü İsmət Əsədov Qismət oğludur. O, yaşadığı evin həyətindəki anbarın çardağında özünü asıb. Hələlik intiharın səbəbi bəlli deyil, araşdırma aparılır.

Ailəni tanıyan şəxsin “Qafqazinfo”ya verdiyi məlumata görə, yeniyetmənin intihar etməsinə səbəb dərslərin açılmasına bir gün qalsa da, ailəsinin çanta və köynək ala bilməməsi olub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza