“Forbes” jurnalının versiyasına görə Milli Futbol Liqasının (MFL) klubu “Dallas Kovboys” dünyanın ən bahalı idman klubu adlandırılıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, əvvəl bu ad İspaniyanın “Real” klubuna məxsus idi.
Bundan əvvəlki versiya iyul ayının ortalarında hazırlanmışdı. O vaxt Madridin “Real” klubunun dəyəri 3,26 milyard dollar qiymətləndirilirdi. İndiki versiyaya görə “Dallas” 4 milyard dollar dəyərindədir. Ən bahalı klublar arasında üçüncü və dördüncü yerləri MFL-in daha bir təmsilçisi “Nyu-İnqlend Petriots” və Milli Beysbol Liqasının klubu “Ntu-York Yankiz” (hər ikisinin dəyəri 3,2 milyard dollardır) tuturlar. Beşinci yerdə 3,16 milyard dollarla İspaniyanın “Barselona” futbol klubudur.Modern.az