Modern.az

Türkiyə xarici işlər naziri Bakıya gəldi

Türkiyə xarici işlər naziri Bakıya gəldi

15 Sentyabr 2015, 17:11

Türkiyə müvəqqəti hökumətinin xarici işlər naziri Firudin Sinirlioğlu Azərbaycana səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında naziri Azərbaycanın rəsmi şəxsləri qarşılayıblar.

F.Sinirlioğlu səfər zamanı Şəhidlər və Fəxri xiyabanı, həmçinin türk şəhidlərinin abidəsini ziyarət edəcək. O daha sonra Azərbaycan prezidenti İlham Əliyev, həmçinin xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşəcək.

Türkiyənin XİN başçısı Bakıda ikitərəfli münasibətlərin perspektivlərini, regional və dünyada baş verən hadisələri müzakirə edəcək.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza