Modern.az

Ordumuz Ermənistanın pilotsuz uçan aparatını məhv etdi

Ordumuz Ermənistanın pilotsuz uçan aparatını məhv etdi

15 Sentyabr 2015, 17:16

Ermənistan Silahlı Qüvvələrinin növbəti pilotsuz uçan aparatı məhv edilib. Bu barədə Modern.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirlib.

Cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus ilkin ehtimala görə "Krunk-25" tipli taktiki pilotsuz uçan aparatı (PUA) Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq atəş nəticəsində məhv edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza