Modern.az

Dünyanın ən axmaq soyğunçusu

Dünyanın ən axmaq soyğunçusu

Təhsil

15 Sentyabr 2015, 17:57



İngiltərədə bir oğru soyğun üçün girdiyi bank şöbəsində vəzifəlidən oğurladığı pulları öz hesabına köçürməsini istəyib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, beləcə şəxsiyyətini ifşa edib bütün məlumatlarını səlahiyyətliyə verən oğru dünyada bu gün lağ obyektinə çevrilib.

  İngiltərənin Rainham qəsəbəsində 61 yaşındakı Paul Neaverson ölkədə, hətta bütün dünyada lağ obyektinə çevrilib. Banka  soyğunçuluq üçün girən Neaverson vəzifəlidən pulu öz hesabına köçürməsini istəyərək bütün fərdi məlumatlarını verib.   Vəzifəlinin boynuna bıçaq dirəyən Neaverson pulun öz hesabına köçürülməsini, Yunanıstanın Corfu adasına bir iş görüşməsinə getmək üzrə təyyarə bileti almaq istəyib. Soyğunçu bank işçisinin yardım üçün çağırış etdikdən sonra o, hadisə yerindən uzaqlaşıb.

Ancaq  Neaverson qorxmayıb və təxminən 100 metr irəlidəki eyni bankın bir başqa şöbəsinə girib bənzər bir cəhddə olub.  

İki dəfə soyğunçuluğa cəhd edən Neaverson iki il azadlıqdan məhrum edilib. O, tarixdə ən axmaq soyğunçu kimi qala bilər.    

Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza