Yeni Azərbaycan Partiyası (YAP) bu il Milli Məclisə keçiriləcək seçkilərdə hazırda rektor vəzifəsi tutan, eyni zamanda deputat mandatı daşıyan bəzi şəxslərin namizədliyini yenidən irəli sürüb
Modern.az saytı xəbər verir ki, bunlar Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov (65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi), Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı (117 saylı Oğuz-Qəbələ seçki dairəsi), Bədən Tərbiyə və İdman Akademiyasının rektoru Ağacan Abiyev (32 saylı Suraxanı üçüncü seçki dairəsi), Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidovdur (36 saylı Xətai dördüncü).
104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən YAP-ın vahid namizədi isə Tibb Universitetinin prorektoru, hazırki deputat Rafiq Məmmədhəsənovdur.
Adları çəkinlən şəxslərin rektor vəzifəsindən azad ediləcəyi gözlənilir. Məsələ burasındadır ki, YAP İdarə Heyətinin bu gün keçirilən iclasında onların qarşısına tələb qoyulub: ya rektorluq, ya da deputatlıq. Adları çəkilən şəxslər ikincini seçiblər.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov da bu gün məsələ ilə bağlı açıqlamasında bunu təsdiqləyib: “Seçim qoyuldu: ya rektorluq, ya parlament. Ona görə də qərar verildi ki, rektorların bir hissəsi parlamentdə qalsın, digərləri isə rektor kimi fəaliyyətlərini davam etdirsin”.
A.Qorxmaz