Modern.az xəbər verir ki, paytaxr rayonlarından birinin sabiq icra başçısının deputatlığa namizədliyi irəli sürülüb.
Yeni Azərbaycan Partiyası (YAP) bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərində Bakının Nəsimi rayon İcra Hakimiyyətinin sabiq başçısı Nəsib Məhməliyevin namizədliyini irəli sürüb.
N.Məhməliyevin namizədliyi 109 saylı Balakən Seçki Dairəsindən irəli sürülüb. Bu dairəni isə hazırda Milli Məclisdə deputat Rəbiyyət Aslanova təmsil edir.
Ümumilikdə, YAP 117 seçki dairəsindən deputatlığa namizəd irəli sürüb.
Qeyd edək ki, Nəsib Məhəmməd oğlu Məhməliyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2015-ci il sentyabrın 2-də Nəsimi rayonunun icra başçısı vəzifəsindən azad edilib.
Modern.az