Modern.az

Killer korrupsiyanı ifşa edən jurnalisti güllələdi - VİDEO

Killer korrupsiyanı ifşa edən jurnalisti güllələdi - VİDEO

16 Sentyabr 2015, 09:16

Kolumbiya polisi “La Preferida FM” radiostansiyasının əməkdaşı olan 25 yaşlı Alba Nunyes Varqası qətlə yetirən killeri axtarır.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, öz çıxışlarında korrupsiya və narkomafiyanı pisləyən jurnalist sentyabrın 10-da Uila departamentinin Pitalito şəhərində öldürülüb. Küçə kameraları binaya daxil olmaq üzrə olan xanım jurnalistin arxadan ona yaxınlaşan killer tərəfindən güllələndiyini qeydə alıb.

Başından güllə yarası alan jurnalist xəstəxanada keçinib. Hadisəni törədən killer isə motosikletdə ərazini tərk edib.

Kolumbiyanın müdafiə naziri Luis Vilyeqes qatilin tapılması üçün 33 min dollar mükafat təyin edib.

 



Vüqar İsmayılov
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir