Modern.az

“ASAN xidmət”ə qəbulla bağlı test imtahanları başladı

“ASAN xidmət”ə qəbulla bağlı test imtahanları başladı

Təhsil

16 Sentyabr 2015, 10:35

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində inzibati vəzifələrin yeddinci təsnifatına uyğun olan 11 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqənin test imtahanları bu gün başladı.
Modern.az saytı Komissiyaya istinadən bildirir ki, “ASAN xidmət” üzrə elan edilmiş müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş 781 nəfər namizədlə 4 gün ərzində test imtahanları keçiriləcək. Test imtahanı qrafiki Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az) yerləşdirilmişdir.

Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə Komissiya tərəfindən hazırlanmış “Dövlət qulluğuna qəbul - Test imtahanı” sistemi haqqında məlumatın video təqdimatı ilə namizədlər Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az) ətraflı tanış ola bilərlər.İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulur.

Hər bir namizədə test imtahanı qurtaran kimi dərhal onun nəticələrini əks etdirən arayış təqdim ediləcək. Eyni zamanda nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdiriləcək.

İstənilən şəxs Komissiyanın rəsmi internet saytı vasitəsi ilə test imtahanlarının gedişini onlayn izləyə bilərlər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU