Modern.az

Aydın Abbasov: “Namizədliyim seçicilərin istəyindən asılıdır”

Aydın Abbasov: “Namizədliyim seçicilərin istəyindən asılıdır”

Təhsil

16 Sentyabr 2015, 10:49

Yeni Azərbaycan Partiyası deputatlığa namizədlərin siyahısını açıqlayandan sonra müxalif partiya üzvlərindən və bitərəflərdən kimlərin namizədliyini irəli sürəcəyi yenidən gündəmə gəlib.

Modern.az saytı ötən seçkilərdə bitərəf kimi deputat seçilən Aydın Abbasovun yenidən namizədliyini irəli sürüb-sürməyəcəyini öyrənməyə çalışıb. Deputat bildirib ki, seçicilər istəyərsə, yenidən namizədliyini irəli sürə bilər:

“Yenidən namizədliyimin verilməsi təşəbbüs qruplarının və seçicilərin istəyi ilə bağlıdır. Əgər seçicilər istəyərsə, namizədliyimi yenidən irəli sürərəm. Bu tam aydın olandan sonra mətbuata açıqlama veriləcək”.

Aydın Abbasov 2010-cu ildə 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputat seçilib, bitərəfdir. O, Azərbaycan Baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun oğludur.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən Kərimzadə Pərvin Orxan qızının namizədliyini irəli sürüb.

Aytən Zəhra

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir