Modern.az

“Facebook”da “xoşuma gəlmir” düyməsi olacaq” - YENİLİK

 “Facebook”da “xoşuma gəlmir” düyməsi olacaq” - YENİLİK

16 Sentyabr 2015, 11:40


“Facebook” şirkəti “dislike” düyməsinin yaradılması üzərində işləyir. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin prezidenti Mark Zukerberq şəxsən deyib.

O, əvvəllər bu yeniliyə qarşı olsa da, sonradan qərarını dəyişdiyini etiraf edib:

“İllərdir insanlar məndən “xoşuma gəlmir” (dislike) düyməsinin yaradılmasını xahiş edirdilər. Nəhayət, biz onları eşitdik və istifadəçilərin böyük hissəsinin istəyi olan “dislike” düyməsini təqdim edəcəyik”.

“Facebook”da “xoşuma gəlir” (like) düyməsi 2009-cu ildə peyda olmuşdu. Bu funksiyanı sosial şəbəkəyə daxil etmək üçün şirkət mühəndisləri 2 il vaxt sərf etmişdilər.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza