Modern.az

Asim Mollazadə seçkiyə 45 namizədlə gedir

Asim Mollazadə seçkiyə 45 namizədlə gedir

16 Sentyabr 2015, 12:59

Demokratik İslahatlar Partiyası 1 noyabr seçkilərində 45 namizədlə iştirak edəcək. Modern.az saytının məlumatına görə, bu barədə partiya sədri, deputat Asim Mollazadə bildirib.

“Demokratik İslahatlar Partiyasının Siyasi Şurası 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə iştirak edəcək namizədləri təsdiqləyib.
Siyasi Şuranın qərarına əsasən, seçkilərdə müxtəlif seçki dairələri üzrə partiyanın 45 namizədi iştirak edəcək”.

Partiya sədri Asim Nazim oğlu Mollazadə isə namizədliyini hazırda deputatı olduğu 22 saylı Nəsimi 2-ci Seçki Dairəsindən irəli sürəcək.
Artıq partiyanın səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təsdiqlənib. Partiyanın namizədləri ilə bağlı müvafiq sənədlər isə DSK-lara təqdim edilir.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza