Modern.az

Azərbaycanlı deputat 27-ci dəfə Həccə gedib

Azərbaycanlı deputat 27-ci dəfə Həccə gedib

16 Sentyabr 2015, 13:10

Milli Məclisin üzvü Qalib Salahzadə 27-ci dəfə müəqddəs Həcc ziyarətinə gedib. Həccə getdiyi barədə məlumatı Modern.az-a onun özü verib. Qeyd edək ki, Q.Salahzadə bir müddət öncəki açıqlamasında 26 dəfə Həcc ziyarətində olduğunu demişdi.

Yeri gəlmişkən, 2010-cu il çeçkilərində YAP-ın vahid namizədlər siyahısı əsasında deputat seçilən Qalib Salahzadə bu dəfə hakim partiyanın etimadını qazana bilməyib. YAP onun deputat olduğu dairədən (27 saylı Sabunçu ikinci seçki dairəsi) başqa namizəd (Cəbrayılova Dilarə Məmmədağa qızı) irəli sürüb.

Qalib Salahzadə isə üzvü olduğu partiyanın qərarına hörmətlə yanaşdığını bildirib.

Hacı Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin qudasıdır.

Namidə Bingöl

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama