Modern.az

Fuad Muradov Xətaidən namizəd oldu

Fuad Muradov Xətaidən namizəd oldu

16 Sentyabr 2015, 18:14


Milli Məclisin bitərəf deputatı Fuad Muradov noyabrın 1-də keçiriləcək parlament seçkisində namizədliyini verəcəyi dairəni dəyişib.

Modern.az-ın xəbərinə görə, bu haqda məlumatı Fuad Muradov özü verib. O, növbəti seçkidə bitərəf namizəd kimi 34 saylı Xətai ikinci Seçki Dairəsindən namizədliyini irəli sürəcək.

Qeyd edək ki, bu dairənin əvvəlki deputatı YAP-ın keçmiş üzvü Gülər Əhmədova idi.

Fuad Muradov 2010-cu ildə Milli Məclisə keçirilən seçkiyə 29 saylı Səbail seçki dairəsindən qatılıb. Bu dəfə həmin dairədən YAP-ın vahid namizədi Şəmsəddin Hacıyevin namizədliyi irəli sürülüb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza