Modern.az

Kazandakı yanğına görə azərbaycanlıya yeni cinayət işi açılıb

Kazandakı yanğına görə azərbaycanlıya yeni cinayət işi açılıb

16 Sentyabr 2015, 22:00


Kazandakı “Admiral” ticarət mərkəzindəki yanğınla bağlı cinayət işinin araşdırılması çərçivəsində bu mərkəzin 31 yaşlı azərbaycanlı icarədarı Hüseyn Qəhrəmanova yeni ittiham irəli sürülüb.

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, 19 nəfərin həlak olması ilə nəticələnən faciəyə görə təqsirkar hesab edilən azərbaycanlı eyni zamanda külli miqdarda vergidən yayınmaqda da şübhəli bilinir.

Məlumatda qeyd edilir ki, onunla birgə ittiham irəli sürülən “Zarya” Açıq Səhmdar Cəmiyyətinin direktoru vergi orqanlarından 12,8 milyon gizlədiblər. Qəhrəmanov ifadə verməkdən imtina etsə də, onun barəsində həbs qətimkan tədbiri seçilib. “Admiral” ticarət mərkəzində yanğın 2015-ci il mart ayının 11-də baş verib. Nəticədə 19 nəfər ölüb, 60-dan çox adam yaralanıb. Bu faktla bağlı açılan cinayət işi üzrə 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.   Modern.az    
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza