Modern.az

Vəhdət Partiyası seçki qərarı verdi

Vəhdət Partiyası seçki qərarı verdi

16 Sentyabr 2015, 22:04

Sentyabrın 16-da Vəhdət Partiyasının Baş Məclisinin iclası keçirilib. Modern.az xəbər verir ki, Baş Məclisdə 63 nəfərdən 48 nəfər iştirak edib. Baş Məclis 1 noyabr 2015-ci il tarixli Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə fəal iştirakla bağlı qərar verib, səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin edib, deputatlığa namizədlər irəli sürüb.
Baş Məclisdə Sədr Aparatı, Siyasi Şura və müşavir xidmətinə, həmçinin rayon (şəhər) təşkilatlarina tapşırılıb ki, seçki proseslərinin fəal təbliğatını qurmaqla yanaşı, Vəhdət Partiyasının siyasi xəttinin müdafiəsini təşkil etsinlər.

Vəhdət Partiyasının sədri Tahir Kərimli 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən irəli sürəcək.

Modern.az  
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza