Sentyabrın 16-da Meydan TV ilə əməkdaşlıq edən reportyor, 22 yaşlı Aytac Soltan qızı Əhmədova Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
O, mağazaya gedərkən saxlanaraq adıçəkilən idarəyə aparılıb.
Aytac Əhmədova və daha bir xanım jurnalist bir neçə saatdan sonra sərbəst buraxılıblar. Onlara Meydan TV-nin fəaliyyəti, Mingəçevir hadisələri zamanı polis bölməsində ölmüş Bəhruz Hacıyevin morqdakı videosunu kimin və necə çəkməsi, müxbirlərin nə qədər maaş alması barədə suallar verilib.
Modern.az