Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, ötən gecə Quba, Qusar rayonları ərazilərində yağan leysan xarakterli yağışlar nəticəsində bir neçə fərdi yaşayış evinin həyətyani sahələrinə və zirzəmılərinə su dolub.
Modern.az saytı Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticədə bir ev qismən uçub, dağıntılar altında 1 nəfər qalıb. Əraziyə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən həmin şəxs cıxarılaraq aidiyyatı üzrə təhvil verib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hal-hazırda nazirliyin qüvvələri hadisə yerində su çəkmə işlərini davam etdirir, əlavə məlumat veriləcək.
Modern.az