Bakı-Sumqayıt yolunda - Ceyranbatan su anbarının yaxınlığında ağır yol qəzası baş verib.
Modern.az saytı Trend-ə istinadən xəbər verir ki, içərisində sərnişinlər olan "Ford" markalı mikroavtobus arxadan vurulan zərbə nəticəsində idarəetməni itirib və yol kənarındakı maneəyə çırpılıb.
Şahidlərin verdiyi məluimata görə, hadisənin baş verməsi nətciəsində ölənlər və yaralananlar var.
Ağır yaralıların xəstəxanalara çatdırıldığı bildirilir.
Hadisə yerində araşdırmalar aparılır.
***
Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev hadisə ilə bağlı "Qafqazinfo" ya məlumat verib. Bildirib ki, ilkin məlumatlara əsasən qəza nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb: "Əməkdaşlar hadisə yerindədir. Əlavə məlumat veriləcək".