Modern.az

Zənginlər yoxsullardan 8 il çox yaşayır

Zənginlər yoxsullardan 8 il çox yaşayır

17 Sentyabr 2015, 10:20


İngiltərədə aparılan araşdırmaya görə, bu ölkədə zənginlər kasıblardan 8 il daha çox yaşayır. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, İngiltərədə 1990-cı illərə qədər qadın və kişi arasındakı gəlir bərabərsizliyi olduqca yüksək idi. 1990-cı illərdən sonra bu balanssızlıq azaldılsa da, zənginlər və yoxsullar arasındakı gəlir bərabərsizliyi hələ də yüksək olaraq qalır.

GBD-nin araşdırması yalnız İngiltərəni əhatə etsə də, daha əvvəl əldə edilən məlumatlara görə, Şotlandiya və İrlandiyada da vəziyyət fərqli deyil.

“İndependent”in xəbərinə görə, İngiltərənin ən zəngin kişiləri orta hesabla 83,1 il yaşayarkən ən zəngin qadınları 86,4 il yaşayır. Ölkənin ən kasıb kişiləri isə orta hesabla 74,9 il yaşayarkən ən yoxsul qadınları da 79,5 il yaşayır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir