Modern.az

Milli Məclisin payız sessiyasının ilk iclasında hansı məsələlərə baxılacaq?

Milli Məclisin payız sessiyasının ilk iclasında hansı məsələlərə baxılacaq?

17 Sentyabr 2015, 11:27

Qanuna və nizamnaməyə uyğun olaraq sentyabrın 30-da Milli Məclisin payız sessiyasına start veriləcək. Parlamentin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az saytına bildirib ki, Milli Məclisin komitələrinin iclasları artıq başlayıb:

“Həmin iclaslarda komitələr tərəfindən irəli sürüləcək qanun layihələrinə baxılır. Hələlik komitələrin müzakirə və qərarları əsasında gündəlik hazırlanır. Milli Məclisin payız sessiyasının gündəliyinə məhz həmin məsələlər daxil olacaq. Gündəlik ilk iclasda təsdiq olunacaq”.

Akif Təvəkküloğlu bildirib ki, 2016-cı il dövlət büdcəsinin layihəsinin müzakirəsinin gündəliyə salınması istisna deyil.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama