Şair Murad Qoçuoğlu ötən əsrin 80-ci illərində ədəbiyyata gəlib. Şeirləri dövrü mətbuatda müntəzəm çap olunur. İnsan həyatının müxtəlif psixoloji anları şeilərin baş mövzusudur. “Bir az gecikəndə” şeirlər kitabı müəllifin oxucularla ilk görüşüdür. Kitabda şairin müxtəlif illərdə yazıldığı şeirlər toplanıb.
Şair istər təbiət, istər cəmiyyət, bir sözlə, bioloji, sosioloji və filoloji məsələlərdə həmişə insan axtarışındadır. Insan onun əbədi və əzəli obrazıdır..
Mühəribə, sevgi, qocalıq, ehtiyac, dəlilik əlillik dövrlərini yaşayan insan Muradın şeirlərinin baş qəhrəmanıdır. Şeir laborotoriyasında şair insanı sintez, təhlil edir, onun müxtəlif yaşam vəziyyətlərini göstərir və insanı onu yaradan Allahın bir qütbündə, ibadətində tərənnüm edir. Allahdan kənarda insan yoxdur. Bu stixiya belə qütbləşir. Allah, insan, sevgi, zəhmət və torpaq. Bu məfhumların enerjisində şeir axını var və Murad həyatın şeir mənbəyini çox dəqiq bilən şairdir.
Kitabı Azərbaycan Yazişılar Birliyinin “Bayatı” kitabxanasından(Bakı, Xaqani küçəsi-25) və kitabevim.azdan (28 may metro stansiyasının yanı) əldə etmək olar.
Elmin Nuri