Bu gün kütləvi informasiya vasitələrində Bakı Beynəlxalq Avtovağzalındakı kadr dəyişikliyi ilə bağlı məlumatlar yayılıb. Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov Modern.az saytına açıqlamasında faktı təsdiq edib:
“Bu, doğru informasiyadır. Amma nəzərinizə çatdırım ki, kadr dəyişikliyi bir həftə əvvəl baş tutub. Avtovağzalın rəisi Qasım Qasımov tutduğu vəzifədən azad olunub”.
Namiq Həsənov bildirib ki, avtovağzalın yeni rəisi Seymur Aslanovdur.
Gülşən RAUFQIZI