Modern.az

Araz Əlizadədən Ramiz Mehdiyevlə görüşmə xəbərinə REAKSİYA

Araz Əlizadədən Ramiz Mehdiyevlə görüşmə xəbərinə REAKSİYA

Təhsil

18 Sentyabr 2015, 10:14

“Mən Prezident Administrasiyasındakı görüşdə olmamışam”


Seçkilərə qatılan bəzi partiya sədrləri ilə Prezident Administrasiyasında söhbətlər aparılır. “Turan” İnformasiya Agentliyi belə xəbər yayıb. Xəbərdə bildirilir ki, bu görüşlərə sentyabrın 17-dən start verilib. Məlumatda qeyd edilir ki, ilk görüşdə Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə və Vəhdət Partiyasının sədri Tahir Kərimli də iştirak edib.

Məsələ ilə bağlı ASDP-nin sədri Araz Əlizadə Modern.az-a açıqlama verib. O deyib ki, Prezident Administrasiyasında keçirilən görüşlərdə iştirak etməyib: “Bu cür xəbərlərin yayılması, sadəcə olaraq qara piardır”.

Vüsalə Qəzənfərqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir