Modern.az

Bakı-Sumqayıt yolundakı qəzada ayağını itirən qadının vəziyyəti ağırlaşdı - Son XƏBƏR

Bakı-Sumqayıt yolundakı qəzada ayağını itirən qadının vəziyyəti ağırlaşdı - Son XƏBƏR

Təhsil

18 Sentyabr 2015, 10:44


Sumqayıt Şəhər Təcili Tibbi Yardım xəstəxanasının baş həkimi Vaqif Qəhrəmanov sentyabrın 18-də Bakı-Sumqayıt yolundakı qəzada xəsarət alanların son vəziyyətləri barədə məlumat verib. O, Modern.az saytına açıqlamasında deyib ki, xəstəxanada olan 8 xəstənin 6-sının vəziyyəti ağır, 2-sinin vəziyyəti orta ağırdır:

“Qəzadan sonra xəstəxanaya 10 nəfər daxil olmuşdu. Onlardan 7 nəfəri kişi, 3-ü qadın idi. Bir nəfər Bakıya köçürüldü. Qalan 9 nəfərdən 1-nin ayaqları avtobusda kəsilmişdi. Bir ayağı avtobusda qalmışdı, digər ayağı da sallanmış vəziyyətdə idi. Həmin şəxs dünyasını dəyişdi”.

Baş həkim bildirib ki, xəstələrdən 2 nəfərin ayaqları amputasiya olunub: “Hazırda xəstəxanada 8 nəfər müalicə alır. Onlardan 6 nəfərin vəziyyəti ağır, 2-sinin vəziyyəti orta ağırdır. Südabə Rüstəmovanın vəziyyəti daha kritikdir. Onun bir ayağı amputasiya olunub, digər ayağı açıq sınıqdır. Qalanları sınıq və kəllə-beyin travmaları ilə müalicələrini davam etdirirlər”.

Dünən səhər ölkə əhalisi Bakı-Sumqayıt yolunda mikroavtobusun dəmir arakəsməyə çırpılması səbəbindən 3 nəfərin ölməsi, 10 nəfərin ağır yaralanması ilə nəticələnmiş qəzanın şokunu yaşadı. 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir