Modern.az

AXCP-də Əli Kərimlinin postuna yeni namizəd: “Əli bəyin də zəif tərəfləri var”

AXCP-də Əli Kərimlinin postuna yeni namizəd: “Əli bəyin də zəif tərəfləri var”

Təhsil

18 Sentyabr 2015, 13:10


Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sentyabrın 27-nə təyin etdiyi qurultaya hazırlaşır.
Modern.az saytı xəbər verir ki, qurultayda sər seçkisi də olacaq. Bu gün AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli sədrliyə öz namizədliyini irəli sürüb

“AXCP sədrliyinə namizədliyimi elan edirəm. Hörmətli sədr Əli Kərimli çağdaş Azərbaycan siyasətinin görkəmli simalarından biridir, hal-hazırda cəmiyyətdəki protest elektoratın ümidlə baxdığı liderdi. Hamının olduğu kimi Əli bəyin də zəif tərəfləri var. Demokratiyanın verdiyi fürsətlərdən yararlanaraq, siyasi mədəniyyət və əxlaq çərçivəsində, Əli bəylə yarışmaq istəyirəm”-deyə S.Kərimli bəuan edib.

16 yaşından cəbhəçi olduğunu, 25 ildir siyasi fəaliyyət gpstərdiyini xatırladan S.Kərimli qurultaydan sonra sıravi cəbhəçi olaraq qalacağını bildirib:

“ Heç kim məni çirkin və namərd oyuna qoşa bilməz. Partiya daxilində sədri tənqid etmə ənənəsini mən möhkəmlətmişəm. Yuxarı və orta səviyyəli funksionerlər yaxşı bilirlər ki, sədrin yaxın ətrafının partiya daxilindəki pozuculuq fəaliyyəti illərdir hədəfimdədir. Hörmətli sədri də onları himayə etdiyi üçün, partiya idarəetməsində kollegiyallığın qrup oyunları ilə əvəzlənməsinə imkan tanıdığı üçün dostcasına tənqid etmişəm. Sədrliyə namizəd olmağıma düşmən münasibət gözləmirəm, rahatam. Qələbə şansım azdır, amma pozitiv işlər görəcəyimə inanıram. Fərqli düşüncəm var və bunu illərdir ifadə edirəm. Partiya ideoloji boşluqdadır. Maraqlı müzakirələr açıla bilər. Tənqidlərim kollegial idarəetməni təşviq edəcək. Əli bəyin demokratlığına və tolerantlığına şübhə edənlər az deyil. Mənə danışma və yarışma imkanı tanınsa , bundan da pozitiv yararlanma imkanı olacaq”.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sentyabrın 27-nə təyin etdiyi qurultaya yer ayrılması üçün etdiyi müraciətə cavab verib. Partiyaya qurultayın keçirilməsi üçün Səttar Bəhlulzadə adına Mədəniyyət Evini ayırıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir