“Həcc ziyarətini yarımçıq qoyub Bakıya geri qayıtmağım haqqında yazılan xəbərlər şayiədir”.
Bunu Modern.az saytına deputat Qalib Salahzadə Həcc ziyarətini parlament seçkilərinə görə yarımçıq qoyub Azərbaycana qayıtması xəbərinə münasibət bildirərkən deyib.
“Hal-hazırda Bakıdayam. Deyilənlərin və yazılanların hamısı boş şeylərdir. Partiyamız nə deyirsə odur. Partiyamızın əsgəriyəm. Nəyə əmr edirsə, mən də ona əməl edirəm”.
Milli Məclisin üzvü Qalib Salahzadə 27-ci dəfə müəqddəs Həcc ziyarətinə gettmişdi. Qeyd edək ki, Q.Salahzadə bir müddət öncəki açıqlamasında 26 dəfə Həcc ziyarətində olduğunu demişdi.
2010-cu il çeçkilərində YAP-ın vahid namizədlər siyahısı əsasında deputat seçilən Qalib Salahzadə bu dəfə hakim partiyanın etimadını qazana bilməyib. YAP onun deputat olduğu dairədən (27 saylı Sabunçu ikinci seçki dairəsi) başqa namizəd (Cəbrayılova Dilarə Məmmədağa qızı) irəli sürüb.
"Avropa.info"nun yazdığına görə, Qalib Salahzadənin Həcc ziyarətini yarımçıq qoyub Azərbaycana qayıtması parlament seçkilərinə görədir.
Hacı Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin qudasıdır.
Namidə BİNGÖL