Modern.az

Saxta dollarla maşın alan Mingəçevir sakini tutulub

Saxta dollarla maşın alan Mingəçevir sakini tutulub

Təhsil

18 Sentyabr 2015, 13:36

Bu il may ayının 25-də Tərtər şəhər sakini Elxan Hacıyev Goranboy rayon Polis Şöbəsinə müraciət edərək, may ayının 22-də “Mercedes” markalı avtomobili İlham adlı şəxsə 2500  dollara və 350 manata satmasını, lakin aldığı əskinaslardan 14 ədəd 100 dollarlığın saxta olmasını bildirib. Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Faktla əlaqədar cinayət işi başlanıb.

Goranboy rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Mingəçevir şəhər sakini Ruslan Əliyev tutulub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir