Ukrayna Təhlükəsizlik Xidməti Milli Bankın keçmiş sədri İqor Sorkini və “Real Bank”ın sədri Aqafonovu axtarışa verib. Modern.az Ukrayna KİV-nə istinadla xəbər verir ki, Sorkin bir qrup bankirlə əlbir olaraq Ukrayna dövlət büdcəsinin vəsaitlərini talayıb və “çirkli pulların” yuyulmasını təşkil edib.
Milli Bankın keçmiş sədri ümumilikdə 2,8 milyard qrivna (122 milyon dollar) pul mənimsəməkdə ittiham olunur.
Vüqar İsmayılov