Milliyyətçi Hərəkat Partiyasının (MHP) Ankaradan millət vəkili Toğrul Türkeş partiyasından və Türkiyə Böyük Millət Məclisi qrupu üzvlüyündən istefa verib. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, dünən Ədalət və İnkişaf Partiyasının (AKP) mərkəzi qərargahını ziyarət edən Toğrul Türkeşin bu partiyadan namizəd olub-olmayacağı diqqətləri cəlb etmişdi.
MHP-nin Mərkəz İntizam Təşkilatı Toğrul Türkeş üçün partiyadan çıxarılma qərarı verib.
Türkeş istefa ilə bağlı müraciətində qeyd edib: “MHP-də irəli sürülən şərtlər və Türkiyə siyasətinin içində olduğumuz vəziyyət etibarilə MHP üzvlüyü və Türkiyə Böyük Millət Məclisi qrupu üzvlüyündən istefa verdim”.
Modern.az