Modern.az

İŞİD-də vuruşan Rusiya vətəndaşlarının sayı açıqlandı

İŞİD-də vuruşan Rusiya vətəndaşlarının sayı açıqlandı

Təhsil

18 Sentyabr 2015, 13:57


İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının sıralarında 2,4 min Rusiya vətəndaşı vuruşur.

Modern.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun 1-ci müavini ordu generalı  Sergey Smirnov məlumat verib.

Onun sözlərinə görə, Mərkəzi Asiya və Çindən İŞİD-ə qoşulanların sayı isə 3 min nəfəri keçib.

Bundan qabaq, Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev terror qruplaşmasına 1,7 min nəfərin qoşulduğunu söyləyib.

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir