Ermənistanlı fermerlər bu gün səhər saatlarında Yerevan-Ararat yolunu bağlayaraq hakimiyyətdən yetişdirdikləri üzümün satılması ilə bağlı yaranan problemin həllini tələb ediblər. Modern.az-ın Ermənistan KİV-in verdiyi xəbərə görə, fermerlər deyiblər ki, bu il üzüm boldur, təşkilatlar isə məhsulu az miqdarda, özü də keçənilki qiymətlə alırlar. Nəticədə minlərlə ton məhsul xarab olur.
Fermerlər yetişdirdikləri məhsulun hamısının satışının reallaşmasını tələb edirlər. Onların fikrincə, bir müddət əvvəl kənd təsərrüfatı naziri də bu məsələdə onlara kömək edəcəyini deyib.Modern.az