Modern.az

Xaricdə təhsil almış 1000 nəfər gənc Azərbaycana qayıdıb

Xaricdə təhsil almış 1000 nəfər gənc Azərbaycana qayıdıb

İqtisadiyyat

18 Sentyabr 2015, 14:38

Ali təhsil, xüsusilə tanınmış xarici ali təhsil müəsissələrində oxumaq hər bir abituriyentin arzusudur. Bu gün çox gənclər özəl xətlərlə, öz hesablarına xarici ölkə universitetlərində təhsil alırlar. Buna imkanı çatmayan, amma savadlı gənclərimiz də var ki, onların arzusunu dövlət reallaşdırır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə “Dövlət Proqramı” çərçivəsində bir çox gəncimiz bu arzusuna çatıb.

Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki xaricdə təhsil “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. 2015-2016-cı tədris ili çərçivəsində xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramına seçim prosesi isə hal-hazırda yekunlaşmaqdadır.

Nazirlikdən bildirilib ki, Dövlət Proqramı çərçivəsində bugünə qədər 1000 nəfərdən çox azərbaycanlı gənc məzun olub. Məzunların ixtisas sahələri sırasında iqtisadiyyat, tibb, yüksək texnologiyalar, mühəndislik ixtisasları üstünlük təşkil edir.

“Bugünədək məzun olmuş tələbələrimizin 95%-i öz ixtisas istiqamətləri üzrə ölkəmizin nüfuzlu qurum və müəssisələrində çalışırlar. Tələbələrin 40%-i özəl, 60%-i isə dövlət sektorunda çalışmaqla öz fəaliyyətlərini davam etdirirlər” deyə məlumatda qeyd edilib.

Aytən ZƏHRA

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama