Bu günlərdə Ermənistanın QHT-çilərindən olan Vahan Martirosyanın Azərbaycana qaçmasına hərə bir cür baxır. Martirosyan bir fərddir, bir ermənidir, amma bütöv bir erməni toplumu var ki, onlar dar, mənasız, dövlət kimi perspektivsiz bir ölkədə insan olaraq məhv olmaqdadırlar. Erməni insanı heç zaman özünü azad hiss etməyəcək. Çünki kimin və kimlərinsə oyuncağıdır. Oxucularımızın bir çoxunun yəqin yadında qalıb yazıçı Hrant Matevosyan. 70- 80-ci illərdə Azərbaycanda ən çox oxunan erməni yazarlarından idi. Rəhmətlik Natiq Səfərov onun bir neçə əsərini dilimizə çevirmişdi. İnsafən keçmiş SSRİ- də də onu yaxşı tanıyırdılar. Onun “Aniv”( Çarx) jurnalında bir fikrinə rast gəldim. Hələ onda ölməmişdi erməni yazar.
Öncə dediyim fikrin tərcüməsini olduğu kimi verirəm:
"...Ermənistan vətəndaşı üçün ən böyük zərər - imperiya insanı statusunu itirməsi oldu. İmperiyanı müdafiə etməyin itirilməsi, sözün ən yaxşı mənasında məhz imperiyanın mənasının itirilməsidir, bunun daşıyıcısı isə həmişə Rusiya olmuşdur. İmperiya insanı olmağı biz itirmiş olduq.
Böyük insanı, hər şeyə qadir insanı, özünütəsdiq etmiş insanı itirdik. Bu insanı “çar uşağı” da adlandıra bilərsiniz, “Moskva uşağı” da, “imperiya uşağı” da... Mən cəsarətlə deyə bilərəm ki, ötən əsrin 70- ci illərindən başlayaraq bu günə qədər ermənilər hər zaman daha yüksək mövqe tutmuşdular , daha qüdrətli idilər. Bəlkə də bu paradoksal görünə bilər, deyim ki, daha azad ermənilərdi, onlar bizi imperiya boyunduruğundan cəsarətlə xilas etdilər. "
Hrant Matevosyan
Hrant Matevosyanı şərh etmək istəməzdim, əslində o çox da şərhə yatımlı yazar deyil, romanları da elədir, oxuyursan və heç bir fikir bildirmədən uzun müddət onun təsiri altında qalmağa məcbur olursan. Müasir ermənilər onu sevmirdilər, ona görə ki, Matevosyan gerçəkləri bütün çılpaqlığı ilə söyləyən tək-tük erməni olmaq özəlliyinə sahib idi. “Aniv” jurnalından götürdüyüm və olduğu kimi verdiyim bu sitatda yaxşı tanıdığımız bu yazar bəzilərinə bir az səriştəsiz görünə bilər. Bu mənada onun təqdim olunan bu fikrindəki terminologiya və anlayışlarları aydınlaşdırmaq fikrindən də uzağam. Amma gerçək bu ki, ömrünün sonunda bir erməni olaraq o da bu fikrə gəlmişdir ki, bir fərd və millət olaraq ermənilər tarixin bütün zamanlarında yalnız kiminsə kölgəsində olarkən bir şey ifadə edə bilmişdir.
Erməni Sovetlər Birliyinin qanadı altında, xəzinədən yararlanaraq dövlətdən dotasiya ala-ala , onu-bunu aldada –aldada baş girləyən toplumlardan biri idi və insan olaraq isə Rusyanın hər yerində şəstlə, burnudik, qürurla gəzirdi. Deyərdin ki, sanki elə bu imperiyanın sahibi ermənilərdir. Matevosyan deyir ki, gerçəkdən də belə idi, “o əlində hər şey olan imperiya insanı idi”, bundan istənilən zamanda ve istənilən ölçüdə yararlana bilirdi. Soruşan da Matevosyanın özüdür:
“Bəs indi kimdir erməni ? Müstəqil Ermənistan vətəndaşı olan erməni bir şey ifadə edirmi? Əvvəlki sərbəstliyi varmı?” Sonra da öz suallarına özü cavab verir:
“Bir var İmperiya balası olasan, bir də kiminsə “forpost” hesab elədiyi müşahidə məntəqəsinin gözətçisi...” Budur Hrant Matevosyanın dediyi... O Ermənistan vətəndaşı üçün "Rusiya həmişə vardır və bizi qoruyacaq " kimi bir qənaətdən də uzaqda tutur özünü... Nədən ? Çünki bir zamanlar bu xalq üçün eyni cür Osmanlı, Selcuklu Türklər, Bizans imperiyaları olmuşdur və ağıllı adamlar da bilirlər ki, (Matevosyan da bunu bilməmiş deyildi) sonunda ermənilər bu imperiyalara xəyanət etmişdilər. Bu gün sırada Rusiyadır və gələcəkdə hansı digər imperiyalar olacaq bu xəyanətin obyekti? Allah bilir. Ermənistanda artıq o fikir vardır ki, Rusiya dövrü bitmişdir, daha yaxşı “kirvə” Amerika ola bilər. Və artıq bəllidir ki, bu xəyanəti ruslar da yaşayacaq. Bir zamanlar Romalılar, sonra Bizanslar, sonra Osmanlılar üçün olanlar olacaq . Çünki bu millət heç vaxt imperiya insanı ola bilməyib. Neçə əsrlər boyu özünəxas yaşam tərzinə malik millətləri, tarixi min illərlə ölçülən insanları qiymətləndirmək ola bilər ki, bir qədər məntiqsizdir, amma erməniləri artıq tanıyırıq. Və dünyaya da tanıtmalıyıq.
Əgər təsbitimiz bir qədər sərtdirsə, qoy Hrant Matevosyanın ruhu bizi bağışlasın. Amma onun dediyi gerçəklərin ta kəndisindən çıxış edərək onu deməmək olmur ki, yapı etibarı ilə imperiya olan keçmişdə SSRİ, indi isə Rusiya içində " daha əzəmətli, güclü adam" sayılan, qollarını sallaya=sallaya Moskvadan vurub Vladivastoktan çıxan ermənilər bu gün daha zavallı duruma düşüblər... Bu bilinən şeylərdir. Hər kəs görür. Hrant Matevosyan da bunları gördü və dedi, baxaq görək digər ermənilər də bunu görürmü? Özünə düşmən seçərkən (cəsarətə bax!) artıq o adı- əzəmətli imperiya adamı adını daşıya bilməyəcəklər. Çünki, gülməli də olsa onlar “müstəqil” olmaq istəyirlər. Bu mümkün deyil, sadəcə ona görə ki, başqasının torpağında xoşbəxt olmaq mümkün deyildir. Həm də bu dövlətin heç bir perspektivi yoxdur. Ağıllı ermənilər indi Ermənistanı hansısa dövlətə birləşdirməyin yollarını fikirləşirlər. Hətta Türkiyəyə qatılmağı təklif edənlər də var. Həqiqət budur ki, Ermənistan dövlət ola bilmir, o dağılacaq. Kimlər tərəfindənsə işğal olunacaq. Özünü “yazıq”, “zavallı”, ” soyqırıma məruz qalmış “ adlandıran millətdən isə, Matevosyanın dediyi ucalığı, imperiya ağayanalığını gözləmək sadəlövhlük olardı. O zaman erməni kökənli imperiya insanından bəhs etmək heç mümkün olmayacaq. Matevosyanı da kədərə düçar edən bu idi. Yazık…
Erməni xalq olaraq hansısa imperiyanın tərkibində güclü ola bilərdi, inkişaf edərdi, necə ki, Osmanlı və Rusiya içində çox şeylərə nail oldu. İndi isə o yoxdur! Kiminsə havasına oynayan bir zavallı olaraq ölüb də gedəcəkdir. Çünki o “İMPERİYA İNSANI” statusunu itirdi və könüllü olaraq imperiyaların oyuncağına çevrildi
Erməni müxalifətçisi Vahan Martirosyanın Azərbaycana qaçması və bizdən sığınacaq istəməsi olayını eşidərkən Hrant Matevosyan yadıma düşdü...