Modern.az

Akif Aşırlı Əli bəy Hüseynzadə irsinin bir hissəsini Azərbaycana gətirdi

Akif Aşırlı Əli bəy Hüseynzadə irsinin bir hissəsini Azərbaycana gətirdi

Təhsil

18 Sentyabr 2015, 14:56

 “Şərq” qəzetinin baş redaktoru, jurnalistika tarixi üzrə araşdırmaçı Akif Aşırlı böyük mütəfəkkir Əli bəy Hüseynzadə arxivindəki bəzi sənədlərin foto surətini Azərbaycana gətirib.

Modern.az xəbər verir ki,  topıuda 100-ə yaxın məktub və ayrı- ayrı dövrə aid sənədlər var. İzmirdə Egey Universitetinin ədəbiyyat və tarix bilimləri fakültəsinin arxivində qorunan bu sənədlər Ə. Hüseynzadənin qızı Feyzavər xanım tərəfindən universitetə bağışlanıb. Türkiyəli professor Əli Yavuz Akpınara verilən bu arxiv materiallarından Türkiyənin elm adamları istifadə etsə də, Azərbaycan tədqiqatçıları hələlik bu faktlardan yararlanmayıb.

 A. Aşırlı bildirib ki, sənədlər içərisində Ə. Hüseynzadəyə yazılan şəxsi məktublar, 1915-ci ildə Turan heyətinin Rusiya türkərinin hüquqularını qorumaq üçün Avropa ölkərinə etdiyi səfərlərlə bağlı zəngin məlumatlar, dəqiq materiallar, rəsmi sənədlər var. 

Əlimərdan bəy Topçubaşov, Xəlil bəy Xasməmmədov, Ceyhun Hacıbəyli, Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikovanın və Ə. Hüseynzadənin ailə üzvləri ilə yazışmaları, “Həyat” qəzetinin proqramı gətirilən sənədlər içərisindədir.

A. Aşırlı bildirib ki, hazırda sənədlərin qruplaşdırması ilə məşğuldur. Gələcəkdə bu faktlara istinadən kitab yazmaq fikrindədir.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir