Modern.az

Putin İŞİD-ə qarşı əməliyyat məsələsinə baxacaq

Putin İŞİD-ə qarşı əməliyyat məsələsinə baxacaq

Təhsil

18 Sentyabr 2015, 15:11

Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Rusiyanın Suriyada İraq-Şam İslam Dövlətinə (İŞİD) qarşı əməliyyatlara cəlb oluna biləcəyini deyib.

Modern.az Rusiya KİV-nə istinadla xəbər verir ki, rəsmi Dəməşq onlara müraciət etsə, bu məsələyə baxılacaq. “Əgər Suriya rəhbərliyi belə bir təklif verərsə, Rusiya ikitərəfli münasibətlər çərçivəsində məsələni müzakirə edə bilər”. Bundan öncə Suriya Xarici İşlər Nazirliyi terrorizmlə mübarizə çərçivəsində ehtiyac yaranarsa, rəsmi Moskvadan yardım istəyəcəklərini demişdi.  

“Reuters” agentliyinin məlumatına görə, Suriyanın Latakiya bölgəsinə Rusiyaya məxsus T-90 tankları və MİQ-31 qırıcı təyyarələri yerləşdirilib.

Vüqar İsmayılov

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir