Modern.az

Fuad Muradov: “Namizədliyim böyük maraqla qarşılanacaq”

Fuad Muradov: “Namizədliyim böyük maraqla qarşılanacaq”

Təhsil

18 Sentyabr 2015, 15:24

"Avronest" Parlament Assambleyasının Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri Fuad Muradov bildirib ki, artıq 34 saylı Xətai ikinci seçki dairəsindən namizədliyini irəli sürüb. 

F.Muradov deyib: "Bu gün artıq bildirişimi almışam, həmin ərazidə iki qərargah seçilib. Artıq bütün texniki heyət, qərargah üzvləri, bizim könüllülərimiz birinci mərhələyə hazırdırlar. Bu gün bank hesabı açılacaq və nahardan sonra imza toplamam başlayacaq. İnanırıq ki, bu gün hamısını təhvil verəcəyik. 

Birinci mərhələdəyik. Artıq promo-materiallarımızın da əksəriyyəti hazırdır. Parlament seçkiləri ilə bağlı təbliğata hazırlaşacağıq. Qanuna görə, artıq ayın 9-dan başlaya bilərik".

Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən parlament seçkilərinə həmişə olduğu kimi böyük maraq var: "Və mən inanıram ki, bizim də namizədliyimiz 34 saylı Xətai ikinci seçki dairəsində böyük maraqla qarşılanacaq. Biz tam qələbəyə hazırıq və buna da gedirik".(Milli.az)

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir