Modern.az

Aytən Mustafayeva fikirləşir, Fəzail İbrahimli isə qəti qərar verdi

Aytən Mustafayeva fikirləşir, Fəzail İbrahimli isə qəti qərar verdi

Təhsil

18 Sentyabr 2015, 16:51


Noyabrın 1-də keçiriləcək parlament seçkilərinə çox az vaxt qalıb. Modern.az saytı Milli Məclisin hazırkı deputatlarından  bir neçəsi ilə əlaqə saxlayaraq,  seçkilərdə iştirak ertmək üçün namizədliklərini verib-verməyəcəklərini soruşub.

21 saylı Nəsimi birinci seçki dairəsinin hazırki deputatı Aytən Mustafayeva seçkilərə az vaxt qalsa da,  hələ qərar qəbul etməyib.

“Noyabrın 1-də keçiriləcək seçkilərdə iştirak etməyimlə bağlı yekun qərara gəlməmişəm. Bu barədə gələn həftə konkret olaraq açıqlama verəcəm”.

Deputat Fəzail İbrahimli isə xanım həmkarından fərqli olaraq  qərarını qətiləşdirdiyini deyib.

"Hazırda deputatı olduğum 69 saylı  Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən namizədliyimi yenid irəli sürmüşəm. Seçkilərdə iştirak edəcəyəm. “Ümid sonda ölür” deyirlər. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Tanrının qismət payında nə varsa, seçki günü bilinəcək”.

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir