Modern.az

Göygöldə məktəbdə xəsarət alan şagird ölüb

Göygöldə məktəbdə xəsarət alan şagird ölüb

Təhsil

18 Sentyabr 2015, 17:00

Göygöl rayonunda məktəbdə baş verən hadisə nəticəsində xəsarət alan məktəbli dünyasını dəyişib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, 14 yaşlı məktəbli Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında ölüb.

Hadisə rayonun Çaykənd kəndində baş verib. Kənd sakini, 2001-ci il təvəllüdlü Eldənizli Xanəli Niyazi oğlu məktəb stadionunda futbol oynayarkən meydançada olan qapının dəmir borusu onun üzərinə düşüb. Müxtəlif bədən xəsarətləri alan məktəbli Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılmışdı.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir