Yerevanın Şenqavit administrativ rayonunda 38 yaşlı əkiz qardaşlar özlərini yandırmaq üçün üstlərinə benzin töküblər. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, sentyabrın 17-də yerli vaxtla saat 14:40-da polisə zəng vuran qardaşlardan biri deyib ki, ailə mübahisəsindən sonra o və qardaşı üstünə benzin tökərək özlərini yandırmağa hazırlaşıblar.