Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun əmri ilə Qalib Rəhimli universitetin mətbuat xidmətinə rəhbər təyin edilib.
Modern.az-ın məlumatına görə, Qalib Rəhimli Azərbaycan mətbuatında imzası ilə tanınan jurnalistlərdəndir. Uzun illər müxtəlif dövrü mətbuatda fəaliyyət göstərib, son illərdə isə “Space” telekanalının Gəncə bölgə müxbiri, yerli “Alternativ” televiziyasında xəbərlər departamentinin direktoru, “İki sahil” qəzetinin bölgə müxbiri vəzifələrində çalışıb. “İnteraz” televiziyasında bölgə müxbiri kimi fəaliyyətini davam etdirib.
Modern.az