Modern.az

“Fuad Muradov belə insandır”

“Fuad Muradov belə insandır”

25 Oktyabr 2010, 18:33

25 oktyabrda 29 saylı Səbail seçki dairəsindən deputatlığa namizəd Fuad Muradovun Göyüş Qarayev, R. İsgəndərov, 1128-ci keçid ünvanlarında seçicilərlə görüşü keçirilib. Görüşdə çıxış edən namizədin vəkili Bəhruz Kazımov bildirib Fuad Muradovu seçicilərinə tanıtmağa ehtiyac duymur.

”Çünki Fuad müəllim deputat olduğu 5 illik dövrün hər gününü, hər saatını seçicilərinin arasında keçirib. F. Muradov əsl vətənpərvər, sadə bir insandır. Gözəl ziyalı, istedadlı gəncdir. Deputatlığı dövründə ona problemləri ilə bağlı müraciət edən bütün seçicilərinin dərdlərinə çarə tapmağa səy göstərib və nail olub. Mən əminəm ki, Səbail seçiciləri noyabrın 7-də bir nəfər kimi seçki məntəqələrinə gələrək Fuad Muradova səs verəcəklər”.

Çıxış edən deputatlığa namizəd Fuad Muradov ilk növbədə ona etimad göstərərək yenidən parlament üzvlüyünə namizədliyini irəli sürməsi üçün imza verən bütün seçicilərə öz minnətdarlığını bildirib. Fuad Muradov bütün seçiciləri seçkiyə qatılmağa çağırıb və layiqli bildikləri namizədi dəstəkləmələrini xahiş edib. Namizəd deyib ki, öz problemlərinizi həll etməyə və layiq olduğunuzu  əldə etməyə hazırsınızsa, mənə və mənim simamda sizə yardım edəcək Azərbaycan gəncliyinə səs verin. Daha sonra tədbir seçicilərin çıxışları ilə davam etdirilib. Seçicilər adından danışan İsmayıl Ələkbərov deyib ki, seçmək xalqın məsuliyyətidir. “Mən ona görə xalqın məsuliyyətidir dedim ki, biz səsimizi verəndə bilməliyik ki, kimə və nə üçün veririk. Ötən 5 ildə biz əmin olduq ki, bizim səsimiz problemlərimizin həllinə verilib. Mən üzümü tutub deyirəm ki, 29 saylı dairənin seçiciləri, noyabrın 7-də Fuad müəllimə səs verməklə bir daha öz problemlərinin həllini dəstəkləmiş olacaqlar”.

Çıxış edən Gülzar Ağayeva isə bildirib ki, millət vəkili seçildiyi ərazini tanımalı, onun dərdlərini hiss etməlidir:
“Fuad müəllim belə bir insandır. Bu gün bütün Səbaillilər Fuad müəllimi tanıyırlar, ona hörmət edirlər. Çünki 5 ildə o, ailələri bir-bir gəzib, onların problemlərini dinləyib, müraciətlərinə cavab verib. Mən də üzümü seçicilərə tutub bildirirəm ki, hörmətli Fuad Muradovu dəstəkləmək bizim hər birimizin mənəvi borcumuzdur. Çünki Fuad Muradov gördüyü işlərlə bu etimadı qazanıb”.



Seçki qərargahı  

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi