Modern.az

“Meydan” TV-nin saxlanılan xanım əməkdaşları buraxıldı

“Meydan” TV-nin saxlanılan xanım əməkdaşları buraxıldı

Təhsil

20 Sentyabr 2015, 14:08



“Meydan” TV ilə əməkdaşlıq edən 3 xanım jurnalist - Aytən Fərhadova, Sevinc Vaqifqızı və İzolda Ağayeva Bakı hava limanındakı sərhəd keçid məntəqəsinin əməkdaşları tərəfindən saxlanıb və DİN əməkdaşlarına təhvil verilib. Modern.az xəbər verir ki, onlar sentyabrın 19-da Kiyevdən media təlimindən qayıdan zaman saxlanılıblar.

Saxlanan jurnalistlər daha sonra DİN Hava Nəqliyyatında Polis İdarəsindən DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb.

Artıq jurnalistlər sərbəst buraxılıb. Adıçəkilən jurnalistlərin Mingəçevir hadisələrinə sorğu-sual edildiyi bildirilir.

Modern.az  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir